Neft Fondunun aktivləri 58 milyard dolları keçdi

14:12 - 17.07.2024


17 iyul, Fineko/abc.az. Bu il iyulun 1-nə Dövlət Neft Fondunun (ARDNF) aktivləri ilin əvvəli ilə müqayisədə 3.4 % artaraq 58 milyard 000.6 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ Fonda istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 9 254.9 milyon manat, büdcə xərcləri isə 6 414.4 milyon manat təşkil edib.

2024-cü ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 6 436.5 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 5 657.0 milyon manat, bonus ödənişləri 775.9 milyon manat, tranzit gəlirləri 0.3 min manat, akrhesabı ödənişləri 3.6 milyon manat təşkil edib. Fondun valyuta vəsaitlərinin idarə olunmasından əldə edilən investisiya gəliri 2 818.4 milyon manat təşkil edib.