Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 280.6 min nəfər olub

14:23 - 16.07.2024


16 iyul, Fineko/abc.az. 2024-cü il iyulun 1-i vəziyyətinə əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 280.6 min nəfər olub, onlardan 4 milyon 996.5 min nəfərini məşğul əhali təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə işsiz əhalinin sayı 284.1 min nəfər təşkil edib.

İyunun əvvəlində işsiz əhalinin sayı 286.6 min nəfər idi. İşsizlik səviyyəsi iyunda 5.44% olduğu halda, iyulda 5.38%-ə düşüb. Bununla belə yuvarlaq işsizlik səviyyəsi 5.4%-də sabit qalmış görünür.

Qeyd edək ki, Azərbaycanda ümumi daxili məhsul istehsalı 2024-cü ilin ilk 6 ayında 59.52 mlrd. manat olmaqla keçən ildən 4.3% çox olub. Bu, bir ay öncə 4.2% idi.

Cari il iyunun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 749.4 min nəfər olub, onlardan 893.1 mini iqtisadiyyatın dövlət sektorunda, 856.3 mini isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.