“MİDA” Binəqədidə inşa olunan yaşayış kompleksinə 6 milyon manat xərcləyəcək

10:36 - 16.07.2024


16 iyul, Fineko/abc.az. “MİDA” MMC tender elan edir.

ABC.AZ xəbər verir ki, tenderdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində sahəxarici və sahədaxili su-kanalizasiya şəbəkəsinin və drenaj sisteminin tikintisi işlərinin satınalınması nəzərdə tutulur.

Ehtimal olunan qiymət isə 5 613 053 manatdır.