12:14 - 15.07.2024
15 iyul, Fineko/abc.az. Dünyada kömür istehsalı keçən il 179 ekocoul rekord səviyyəyə çatmışdı. Bu həcm 2022-ci ildə müəyyən edilmiş əvvəlki rekorddan yüksəkdir. Asiya-Sakit okean bölgəsi dünya istehsalının təxminən 80%-ni təşkil edib.
ABC.AZ xəbər verir ki, dünyada kömür istehlakı da il boyu artmağa davam edib və ilk dəfə 164 EJ-ni keçib.
Çin dünya istehlakının 56%-ni təşkil edir. Bununla birlikdə, 2023-cü ildə Hindistanda kömür istehlakı ilk dəfə Avropa və Şimali Amerikadakı ümumi miqdardan çox olub.
Hələ ki kömür enerji mənbələri arasında ilk üçlükdə inamla yer tutur.
18 Avqust 2026