11:28 - 15.07.2024
15 iyul, Fineko/abc.az. "Russkiy Standard" Bankı Moskvanın "Metropol" oteli birgə layihə işə salırlar. Belə ki, turistlər otaq sifariş edərkən özlərinə əvvəlcədən ödənilmiş “Mir” kartı sifariş edə biləcəklər.
ABC.AZ xəbər verir ki, debet kartının qeydiyyatı qaydası belədir: xarici qonaqdan bron aldıqdan sonra otel işçisi ona "Mir" kartı rəsmiləşdirməyi təklif edir.
Kartın özünü giriş və ya yerləşmə zamanı otelin resepşinindən əldə etmək olar. Qonaq müqaviləni doldurmalı və kartı aktivləşdirməlidir. Qonaq səyahətə başlamazdan əvvəl və ya oteldə kart aldıqdan sonra karta məbləğ yükləyə biləcək.
Əcnəbilər bu kartla restoran və kafelərdə, mağazalarda, ticarət mərkəzlərində, gözəllik salonlarında, muzeylərdə, teatr və kinoteatrlarda, onlayn mağazalarda, taksi sifarişi xidmətində və digər onlayn məkanlarda ödəniş edə biləcəklər.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026