09:59 - 15.07.2024
15 iyul, Fineko/abc.az. Yanvar-iyun aylarında Çin iqtisadiyyatının artım tempi 5%-ə çatıb.
ABC.AZ xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsi (SSA) məlumat yayıb.
Qeyd olunub ki, altı ayda Çinin ÜDM-i 61,68 trilyon yuanı (indiki məzənnə ilə təxminən 8,64 trilyon dollar) ötüb.
Kənd təsərrüfatı sektorunun dinamikası 3,5% (3,06 trilyon yuan və ya 429 milyard dollar), sənaye və xidmətlər sektorunda isə müvafiq olaraq 5,8% (23,65 trilyon yuan və ya 3,31 trilyon dollar) və 4,6% (34,96 trilyon yuan və ya 4,9 trilyon dollar) təşkil edib.
İkinci rübdə ölkədə ÜDM-in artım tempi 4,7 faiz olduğu halda, yanvar-mart aylarında bu göstərici 5,3 faizə çatıb. Çin Dövlət Şurasının məlumatına görə, ölkənin dünya iqtisadiyyatının artım tempinə töhfəsi təxminən 30% təşkil edir.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026