13:17 - 14.08.2018
14 avqust, Fineko/abc.az. Yanvar-iyul aylarında maliyyə mənbələrindən əsas kapitala 7 milyard 457,3 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,9% az vəsait yönəldilib.
Azərbaycan Dövlət Statistika Komitəsindən bildirildi ki, bu göstəricinin azalması neft sektoruna investisiyaların azalması ilə əlaqədardır, belə ki qeyri-neft sektoruna yönəldilmiş vəsaitlər 19%, qeyri-neft sənayesinə yönəldilmiş vəsaitlər isə 65,5% artmışdır.
“İnvestisiyaların 72,5%-i inşaat-quraşdırma işlərinə, 71,1%-i istehsalat obyektlərinin, 21,1%-i xidmət obyektlərinin, 7,8%-i isə ümumi sahəsi 1097,1 kvadrat kilometr olan yaşayış binalarının tikintisinə yönəldilib. Daxili mənbələrdən əsas kapitala yatırılan vəsaitlərin həcmi 56,6% təşkil edib”, - Komitədən belə xəbər verildi.
Məlumatda deyilir ki, əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52,8%, bank kreditləri 13,7%, büdcə vəsaitləri 24,9%, əhalinin şəxsi vəsaitləri 6,3%, büdcədənkənar fondların vəsaitləri 1,6%, sair vəsaitlər isə 0,7% təşkil edib.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026