Azərbaycanın iqtisadi artım tempi iyunda yüksəlib

12:26 - 10.07.2024


10 iyul, Fineko/abc.az. 2024-cü ilin yanvar-iyun aylarında ölkədə 59 milyard 520.4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4.3 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edilib ki, mayda illik iqtisadi artım 4.2 faiz idi.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0.6 faiz, qeyri-neft-qaz sektorunda isə 6.9 faiz artmışdır.