Azərbaycan iqtisadiyyatının dollardan aslılığının kiçilməsi xarici risklərə həssaslığı azaldıb - Hesabat

14:58 - 9.07.2024


9 iyul, Fineko/abc.az. Azərbaycan iqtisadiyyatının dollardan aslılığının azalması, valyuta bazarlarının əhəmiyyətli dəyişkənliyə məruz qalmasını azaldaraq kreditlərin xarici risklərə həssaslığını azaldıb.

ABC.AZ xəbər verir ki, bu barədə “Moody's” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren reytinqinin müsbət proqnozla “Ba1” səviyyəsində təsdiqlənməsi ilə bağlı hesabatında qeyd olunub.

Bununla yanaşı, “Moody's”in analitikləri hesab edir ki, bankların xarici valyuta risklərinin azaldılması üçün prudensial tədbirlərin sərtləşdirilməsi fonunda maliyyə sistemində dollarlaşma davam edib:

"Azərbaycanda maliyyə sektoru tənzimlənməsinin keyfiyyətinin yaxşılaşdırılması bank sektorunda daha böyük dayanıqlılığı təşviq edir və hökumət üçün şərti öhdəlik risklərini azaldır. Son illərdə bank sektorunda aktivlərin keyfiyyəti müxtəlif şoklara baxmayaraq davamlı olaraq yaxşılaşıb, yüksək ehtiyatlar ciddi şoklara qarşı absorbsiya qabiliyyətini artırıb. Bankların kapital və likvidlik mövqeyi güclüdür və Bazel III standartlarının tədricən tətbiqi ilə daha da güclənəcək".(Report)