15:40 - 5.07.2024
5 iyul, Fineko/abc.az. Azərbaycanın milli standartları Belarusda tətbiq olunacaq.
Azərbaycan Standartlaşdırma İnstitutundan (AZSTANDART) ABC.AZ-a bildirilib ki, Minsk şəhərində standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditasiya sahəsində fəaliyyət göstərən dövlət orqanlarının rəhbərləri arasında
Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın 65-ci müşavirəsi keçirilib.
Tədbir zamanı AZSTANDART-ın nümayəndə heyəti ilə Belarusun Standartlaşdırma üzrə Dövlət Komitəsinin (BELST) nümayəndə heyəti arasında görüş təşkil edilib.
Görüşdə BELST ilə AZSTANDART arasında protokol imzalanıb.
Protokol Azərbaycanın milli standartlarının ilk dəfə olaraq Belarusda tətbiqinə geniş imkanlar açacaq. Bu imkanların reallaşdırılması Belarus Standartlaşdırma İnstitutuna həvalə edilib.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026