14:41 - 5.07.2024
5 iyul, Fineko/abc.az. Məlum olduğu kimi, Milli Məclis tərəfindən ratifikasiya olunan və Prezident İlham Əliyev tərəfindən 2024-cü il iyunun 21-də təsdiq edilən Qanuna əsasən, Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Amerika Birləşmiş Ştatlarının “R.V. Investment Group Services, LLC” arasında bağlanmış Sazişin həyata keçirilməsi ilə əlaqədar dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə ötürülüb.
ABC.AZ “AzerGold” QSC-yə istinadla xəbər verir ki, məqsəd Saziş üzrə işlərin icrasında “R.V. Investment Group Services, LLC” ilə dağ-mədən sahəsində ixtisaslaşmış dövlət şirkəti arasında səmərəli əməkdaşlığın təmin edilməsidir.
Sazişin şərtlərinə əsasən, “AzerGold” QSC “R.V. Investment Group Services, LLC”yə hüquq və mənafelər vermək, fəaliyyətin səmərəli təşkil edilməsinə nəzarət etmək, mədən-filiz əməliyyatlarının həyata keçirilməsi üçün hökumət orqanları ilə əməkdaşlığı təmin etmək və digər öhdəlikləri daşıyır.
“AzerGold” QSC operator şirkətin dağ-mədən fəaliyyətinin yerli və beynəlxalq qanunvericiliyinin tələblərinə uyğun icrasını təmin edəcək.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026