10:18 - 1.07.2024
1 iyul, Fineko/abc.az. Azərbaycanda müddətli depozitlərin həcmi tarixi maksimum yeniləyərkən, onların banklar üçün xərc göstəricisi də yüksəlib. Ümumilikdə ölkədə faizlərdə artım müşahidə edilib.
ABC.AZ xəbər verir ki, 2024-cü ilin mayında yeni cəlb edilmiş depozitlərin orta faiz göstəricisi 7.64%-dən 7.95%-ə qalxıb. Xarici valyutada isə 2.77%-dən 2.46%-ə düşüb.
Mərkəzi Bankın ötən həftə açıqladığı statistik bülletenə əsasən, cəmi depozit 2.3 faiz artımla 35 milyard 361.1 milyon manata yüksələrkən, bunun 7 milyard 414.1 milyon manatı fiziki şəxslərin, 4 milyard 888.5 milyon manatı hüquqi şəxslərin müddətli depozitlərdir. Bank sektoru 2024-cü ilin ilk 5 ayında 260.9 milyon manat depozitlər üzrə faiz ödənişlər həyata keçirib. Bunun 224.1 milyon manatı müddətli depozitlərdir. O cümlədən bunun da 62.2 milyon manatı maliyyə sektoruna ödənilən depozitlər olub. Müddətli depozitlər üzrə ödənişlər 14 faiz yuxarı olub.
Bununla belə, müddətli depozit və əmanətlərin bölgüsündə orta faizlər fərqli istiqamətdə hərəkət edir. Məsələn, şirkət və təşkilatların müddətli depozitləri 6.03%-dən 6.16%-ə qalxarkən, əhalinin depozitlərinin orta faiz dərəcəsi 9.34%-dən 9.28%-ə qədər azalıb.
Belə ki, Mərkəzi Bank uçot faiz dərəcəsini 2023-cü ilin son rübündən 9.0%-dən may ayına qədər 7.25%-ə salıb. Ölkədə depozitlər üzrə orta faizlər 8.21%-dən 8.37%-ə qalxarkən, orta kredit faizləri 14.38%-dən 14.37%-ə cüzi düşüb. Əahliyə verilən kreditlər 16.06%-də sabit qalıb.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026