Mərkəzi Bank kibertəhlükəsizlik üçün 1.5 milyon manat xərcləyəcək

11:21 - 28.06.2024


28 iyun, Fineko/abc.az. Mərkəzi Bank “SmartIT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.

ABC.AZ xəbər verir ki, müqavilədə Kiber təhlükəsizlik üçün standart proqram təminatları üzrə lisenziyaların satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 1 553 188 manatdır.