17:14 - 27.06.2024
27 iyun, Fineko/abc.az. Tezliklə Ağdam Sənaye Parkında müxtəlif istehsal müəssisələri fəaliyyətə başlayacaq.
ABC.AZ xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” mövzusunda tədbirdə iştirak çərçivəsində biznes nümayəndələrinin Ağdam Sənaye Parkına səfəri zamanı deyib.
Onun sözlərinə görə, indiyədək rezidentlər tərəfindən sənaye parkına 35 milyon manatdan artıq investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb: "Sənaye parkı rezident sayına görə ölkədə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye parkıdır. Sənaye parkında ümumi investisiyalarının həcmi 216 milyon manatdan çox olan 25 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkarlıq subyektinə isə qeyri-rezidentlik statusu verilib. Bu sahibkarlıq subyektləri tərəfindən sənaye parkında ümumilikdə 2 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur”.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026