Bank sektorunun xarici öhdəlikləri azalıb

11:24 - 27.06.2024


27 iyun, Fineko/abc.az. Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 325 mln. manat azalaraq 2,273.1 mln. manat təşkil edib.

ABC.AZ bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd olunur ki, xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesablarının həcmindəki azalma ilə əlaqədardır.