11:18 - 27.06.2024
27 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı “Para” Bank olmayan kredit təşkilatı (BOKT) ASC-nin bir neçə ildir mənfi kapitalla işləməsi məsələsinə aydınlıq gətirib.
ABC.AZ AMB-nin məlumatına istinadla xəbər verir ki, BOKT 2017-ci ildə “Parabank” ASC-nin yenidən təşkili nəticəsində yaradılıb.
Son hesabat tarixinə, “Para” BOKT ASC-nin BOKT-a çevrilmədən öncə olmuş depozit portfeli üzrə fiziki və hüquqi şəxslər qarşısında öhdəliyi olmasa da, müvafiq fondlar qarşısında icra olunmamış öhdəlikləri mövcuddur.
“Para” BOKT ASC tərəfindən 2021-ci il sentyabr ayından etibarən kreditləşmə fəaliyyəti həyata keçirilməmiş, fəaliyyəti əsasən müvafiq fondlar qarşısında öhdəliklərinin icrasına istiqamətlənən tədbirlərin həyata keçirilməsindən ibarət olub.
Qeyd edilib ki, “Para” BOKT ASC-nin sözügedən öhdəliklərinin icrası Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aidiyyəti fondlarla koordinasiya edilməklə diqqət mərkəzində saxlanılır.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026