15:29 - 24.06.2024
24 iyun, Fineko/abc.az. Türkiyə kriptovalyuta bazarı ilə bağlı tənzimləyici və nəzarət tədbirlərini sərtləşdirməyi planlaşdırır.
ABC.AZ xəbər verir ki, müvafiq təkliflər Türkiyə Böyük Millət Məclisinin iclasında baxılacaq “Türkiyənin maliyyə bazarları haqqında qanunda dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə görə, bundan sonra kriptohesablar üçün xidmətlər yalnız Türkiyə Maliyyə Bazarlarına Nəzarət Qurumunun (SPK) rəsmi icazəsi ilə həyata keçiriləcək.
Qanunun tələblərinə məhəl qoymayan fiziki və hüquqi şəxslər yeni qaydalar çərçivəsində maksimum dərəcədə məsuliyyətə cəlb olunacaq. Onları 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası və ya külli miqdarda cərimələr gözləyir.
Eyni zamanda, kriptovalyuta bazarında dövlətin məlumatı ilə fəaliyyət göstərən bütün fiziki şəxslər və təşkilatlar hər il may ayının sonuna qədər illik mənfəətin bir faizini SPK-nın, eyni məbləği Türkiyə Elmi və Texniki Araşdırmalar Şurasının (TÜBİTAK) büdcələrinə ödəməli olacaqlar.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
30 Avqust 2026
31 Avqust 2026