Valyuta hərracında bankların tələbi 33,9% azalıb

14:12 - 11.06.2024


11 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, iyunun 11-də keçirilən valyuta hərracında bankların tələbi 64,5 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, ötən hərracdan 33 milyon dollar (33,9%) azdır.

İyunun 6-da valyuta hərracında Mərkəzi Bank banklara 97,5 milyon dollar satıb.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.