İlk beş ayda sahibkarlara ən çox güzəştli kredit vermiş Banklar - SİYAHI

15:40 - 10.06.2024


10 iyun, Fineko/abc.az. 2024-cü ilin ilk beş ayı ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 2261 layihənin maliyyələşdirilməsinə 83,4 milyon manat güzəştli kredit verilib. 

ABC.AZ Sahibkarlığın İnkişafı Fonduna istinadən xəbər verir ki, bu ilin ilk beş ayı ərzində sahibkarların invesitisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə “Bank Respublika” ASC, “Rabitabank” ASC, “AccessBank” QSC (AccessBank Azerbaijan), “Yelo Bank” ASC və “Aqrarkredit” QSC fərqlənib.

Həmin dövrdə verilmiş güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarına isə “Bank Respublika” ASC, “Rabitəbank” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB), “AccessBank” QSC və “Yelo Bank” ASC daxildir.