15:17 - 10.06.2024
10 iyun, Fineko/abc.az. Türkiyə Statistika Təşkilatı sənayenin alt sektorlarını araşdırıb.
ABC.AZ xəbər verir ki, aprel ayında sənaye istehsalı azalıb.
Sənayenin alt sektorları araşdırıldığında məlum olub ki, 2024-cü ilin aprel ayında mədənçıxarma və karxana sənayesi ötən aya nəzərən 1,3%, emal sənayesi sektoru 5,3%, elektrik enerjisi, qaz, buxar və kondisioner istehsalı və paylama sektoru isə 2% azalıb.
Digər sənaye göstəriciləri də hesablandıqda, sənaye istehsalının aylıq 4,9% azaldığı ortaya çıxır.
18 Avqust 2026