Azərbaycanda neçə vergi ödəyicisi var?

10:17 - 10.06.2024


10 iyun, Fineko/abc.az. 2024-cü il iyunun 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1,7 faiz artaraq 775 min, aktiv ƏDV ödəyicilərinin sayı 6,7 faiz artaraq 48,8 min təşkil edib. 

ABC.AZ Vergi Xidmətinə istinadən xəbər verir  ki, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 1,4 faiz artıb və 207,4 min olub.