11:56 - 7.06.2024
7 iyun, Fineko/abc.az. Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında “2024-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
ABC.AZ xəbər verir ki, sənədi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edir.
İclasda maliyyə naziri Samir Şərifov da iştirak edir.
Dəyişikliklərdə 3 milyard 796 milyon manat məbləğində yeni xərclərin həyata keçirilməsi nəzərdə tutulub.
Həmin xərclərin bir sıra prioritet istiqamətlərə, o cümlədən işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinə 1 milyard 160 milyon manat, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması üçün 807 milyon manat, infrastruktur və digər layihələrin maliyyə təminatı üçün 1 milyard 184 milyon manat, beynəlxalq fəaliyyət üzrə tədbirlərin maliyyələşdirilməsi və digər zəruri xərclər üzrə 499 milyon manat, zəruri əsaslı xərclər, təmir və sair üçün 146 milyon manat yönəldilməsi nəzərdə tutulur.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026