Valyuta hərracında bankların tələbi 34% artıb

12:42 - 6.06.2024


6 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, iyunun 6-da keçirilən valyuta hərracında bankların tələbi 97,5 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, ötən hərracdan 24,7 milyon dollar (34%) çoxdur.

İyunun 4-də valyuta hərracında Mərkəzi Bank banklara 72,8 milyon dollar satıb.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.