16:58 - 9.08.2018
9 avqust, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə Dövlət Ortamüddətli İstiqrazların (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirəcək.
BFB-in məlumatında deyilir ki, avqustun 14-də hər birinin nominal dəyəri 100 manat olmaqla, 30 milyon manat həcmində DOİ satışı üzrə hərrac keçiriləcək.
“İstiqrazların tədavül müddəti 728 gün, faiz gəlirliyi 8%-dir. Yerləşdirmənin anderrayteri qismində “PASHA Capital” şirkəti çıxış edəcək”, - məlumatda belə deyilir.