11:53 - 5.06.2024
5 iyun, Fineko/abc.az. Bank Olmayan Kredit Təşkilatı “Azmikroinvest” MMC 2023-cü ili də zərərlə tamamladığı məlum olub. Hesabat ilində kredit təşkilatı 32 min manat zərər edib. 2022-ci ildə onun zərəri 12 min manat idi
ABC.AZ xəbər verir ki, ötən il BOKT-nin cəmi faiz gəlirləri 123 min manat olmaqla öncəki ildən 31 faiz az olub. Bu, bazar iştirakçıları ilə müqayisədə əksəriyyəti ilə əks trenddə dayanması deməkdir. Hazırda ölkənin qeyri-bank kredit təşkilatlarının bir çoxunda faiz gəlirləri öncəki illə müqayisədə 2023-cü ildə daha uğurludur.
BOKT-də geriləmə həmçinin onun balansında da müşahidə edilib. Belə ki, “Azmikroinvest”in aktivlərinin həcmi 1 mln. 585 min manatdan 1 mln. 270 min manata düşüb. Bununla belə, müştərilərə verdiyi kreditlərin həcmi 860 min manatdan 1 mln. 134 min manata yüksəlib.
Balansındakı yığılmış zərərin həcmi 32 min manat olaraq qiymətləndirilir. Nizamnamə kapitalı hesabat müddətində 411 min manat geri çəkilib.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026