Mərkəzi Bankın xarici valyuta ehtiyatları son ayda 53 milyon dollar artıb

15:38 - 3.06.2024


3 iyun Fineko/abc.az Mərkəzi Bankın xarici valyuta ehtiyatları son ayda 53 mln. dollar artıb və bu, 2024-cü ildə ən böyük aylıq artımdır.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, xarici valyuta ehtiyatları 31 may 2024-cü il tarixinə 11 milyard 713.7 mln. dollar təşkil edib.

Son bir ildə isə Mərkəzi Bankın xarici valyuta ehtiyatları 2 mlrd. 538 mln. dollar və ya 27.6% artıb.

Mərkəzi Bank açıqlamalarında bildirib ki, AMB-nin valyuta bazarına müdaxiləsi alışyönlü olub.