11:09 - 3.06.2024
3 iyun, Fineko/abc.az. 2024-cü ildə artıq 562 milyon insan kriptovalyuta sahibidir ki, bu da 2023-cü ildəkindən demək olar ki, 142 milyon çoxdur. Bu o deməkdir ki, hazırda planetin hər on üçüncü sakini kriptovalyutaya sahibdir.
ABC.AZ xəbər verir ki, kriptovalyutaların populyarlığının artması kriptovalyuta investorlarının sayına görə lider olan Asiyada xüsusilə nəzərə çarpır. 2023-cü ildə Asiyada 268 milyon kripto sahibi olub, 2024-cü ildə onların sayı 327 milyona yüksəlib və qeyd edildiyi kimi, bu cür artım templəri heç bir başqa regionda müşahidə olunmur.
Şimali Amerika kriptovalyuta investorlarının sayına görə ikinci yerdədir – orada onların sayı 52 milyondan 72 milyona qədər artıb. Bu, bir il ərzində 38.6% artım deməkdir. Cənubi Amerikada da artım templəri təsiredicidir. Orada kriptovalyuta sahiblərinin sayı demək olar ki, iki dəfə artaraq 55 milyon nəfərə çatıb.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
30 Avqust 2026
31 Avqust 2026