10:50 - 3.06.2024
3 iyun, Fineko/abc.az. 2023-cü ildə “Az-Finance İnvestisiya Şirkəti” QSC-yə (“AzFinance”) daxil olan gəlirlər öncəki illərdən fərqlənir. Belə ki, investisiya şirkəti indiyə qədər daha çox aktivlərin idarə edilməsindən daha çox gəlirlər əldə edirdisə, 2023-cü ildə bu rəqəm kəskin düşüb.
ABC.AZ şirkətin audit hesabatına istinadən xəbər verir ki, məsələn, 2022-ci ildə aktivlərin idarə edilməsindən 1 mln. 27 min manat gəlir əldə edildiyi halda, 2023-cü ildə bu rəqəm 52 faiz azalaraq 489 min manata düşüb. Şirkətin 2020-ci il üzrə aktivlərin idarə edilməsindən gəlirləri 1 mln. 144 min manat, 2022-ci ildə isə 1 mln. 158 min manat olmuşdu.
Şirkətin investisiya portfelində borc qiymətli kağızların həcmi son bir ildə 795 min manatdan 2 mln. 380 min manata yüksəlib. Bu alətdən şirkət illik müqayisədə iki dəfədən çox artımla 1 mln. 100 min manat faiz gəliri əldə edib.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026