11:39 - 31.05.2024
31 may, Fineko/abc.az. Audit rəyini “Prime Audit and Consulting” audit şirkəti verib.
ABC.AZ xəbər verir ki, kredit təşkilatının gəlirləri 3 milyon 544 min 909 manat faiz gəlirləri, 616 min 304 manat qeyri-faiz gəlirləri olmaqla toplamda 4 milyon 161 min 213 manat təşkil edir ki, bu da 2022-ci ilin nəticələri ilə müqayisədə 251.34 faiz çoxdur.
Faiz xərcləri 1 milyon 228 min 201 manat, qeyri-faiz xərcləri 3 milyon 66 min 133 manat təşkil edib.
31 dekabr 2023-cü il tarixinə “Azərbaycan Mikro-Kredit BOKT” ASC-nin cəmi aktivləri 17 milyon 996 min 252 manat olub ki, bu da illik müqayisədə 211.51% artım deməkdir. Bunun 16 milyon 47 min 310 manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə bu göstərici 6 milyon 888 min 588 manat olub.
31 dekabr 2023-cü il tarixinə təşkilatın cəmi öhdəlikləri 16 milyon 954 min 820 manat, cəmi kapitalı isə 1 milyon 41 min 432 manat olmuşdur.
“Azərbaycan Mikro-Kredit BOKT” ASC -nin illik zərərinin həcmi isə 68 min 739 manat təşkil edib. 2022-ci ilin göstəriciləri ilə müqayisədə zərərin həcmi 258 min 956 manat az olmuşdur.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026