Mərkəzi Bankda yeni təyinat - Detallar

15:19 - 29.05.2024


29 may, Fineko/abc.az. Mərkəzi Bank yeni yaradılmış 3 departamentə direktorlar təyin edilib.

ABC.AZ xəbər verir ki, Pənah Bənnayev Sığorta fəaliyyətinin tənzimlənməsi departamentinin, Müşfiq Əmirov Kapital bazarı fəaliyyətinə nəzarət departamentinin, Kəmalə Qurbanova isə Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamentinin rəhbərliyinə gətirilib. Sonuncu indiyə qədər Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru olub.

Bundan başqa, Anar Muxtarov Mərkəzi Bankın Rezolyusiya departamentinə, Samir Rzayev isə Maliyyə monitorinqi departamentinə direktor təyin edilib. Sonuncu bu vəzifədə Z.Hacılını əvəz edib. Ona isə Maliyyə monitorinqi üzrə siyasət və tənzimlənmə departamentinə direktorluq həvalə olunub.

Mərkəzi Bank İstehlakçılarla iş departamentinə isə Murad Məmmədov təyin edilib. O bu vəzifədə Xəyal Babayevi əvəzləyib.