Dənizkənarı Bulvar İdarəsində nöqsanlar aşkarlandı

12:27 - 23.05.2024


23 may, Fineko/abc.az. Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsi və tabeliyində olan qurumlar üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditini həyata keçirib.

ABC.AZ xəbər verir ki, bu barədə “2023-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib.

Bildirilib ki, qeyri-büdcə gəlirlərinin tərkib hissəsi kimi sahibkarlıq fəaliyyətindən əldə olunmuş pul vəsaitlərinin məbləğinin dövlət sifarişi üzrə dövlət büdcəsindən maliyyələşən gəlirlərə nisbətinin artmasına baxmayaraq, dövlət büdcəsinin vəsaitlərindən asılılığın tədricən (müvafiq hədlərdə) azaldılmasına nail olunmamaqla, asılılıq səviyyəsi artıb.