Valyuta hərracında banklar təxminən 45 milyon dollar alıb

12:35 - 16.05.2024


16 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, mayın 16-da keçirilən valyuta hərracında bankların tələbi 44,9 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, son hərracdan 62,2 milyon dollar (58%) azdır.

Mayın 14-də valyuta hərracında Mərkəzi Bank banklara 107,1 milyon dollar satıb.

Hərracın yekunlarına əsasən manatın orta çəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.