17:06 - 15.05.2024
15 may, Fineko/abc.az. El Salvador hökuməti vulkan enerjisindən istifadə edərək 30 milyon dollar dəyərində 474 “Bitcoin” hasil edib.
Ümumi kriptovalyuta ehtiyatları 5750 “Bitcoin” və ya 357 milyon dollar olan El Salvador hökumətinin təmiz enerji mənbələri vasitəsilə “Bitcoin” hasilatı sözügedən ölkənin strategiyasının bir hissəsidir.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, eyni zamanda El Salvador dünyada “Bitcoin”i rəsmi olaraq ödəniş vasitəsi kimi elan edən ilk dövlətdir.
Dünyanın ən populyar kriptovalyutasını ödəniş vasitəsi kimi tanıyan qanun 7 sentyabr 2021-ci ildə qüvvəyə minib.
İstehsalın azalmasına baxmayaraq, maynerlərin “Bitcoin” qiymətinə təzyiqi 14 gün dalbadal düşür. “Crypto Quant” mütəxəssisləri martın əvvəlində maynerlərin təzyiqinin azaldığı ən uzun dövrlərdən birini qeyd ediblər.
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026