12:11 - 15.05.2024
15 may, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Türkiyə üçün 2024-cü il üçün artım proqnozunu 3 faizdən 2,7 faizə endirib.
ABC.AZ xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı inflyasiya ilə mübarizə üçün pul və fiskal siyasətin sərtləşdirilməsinə davam edəcəyi gözləntiləri ilə Türkiyə iqtisadiyyatı üçün 2024-cü il üçün artım gözləntisini 3 faizdən 2,7 faizə endirib.
Qurumun hesabatında, Türkiyədə ortodoks siyasətlərə dönüşün investorların etibarını artırdığına və kredit reytinqini yüksəltdiyinə diqqət çəksə də, bölgədə artan geosiyasi gərginlik və yüksək qısa müddətli xarici maliyyə ehtiyacları, "Sıx qlobal maliyyə şərtləri şəklində aşağı istiqamətli risklər davam edir" şərhini qeyd edib.
Hesabatda AYİB-in 2025-ci il Türkiyə üçün artım proqnozu 3 faiz qeyd olunub.