Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 11.5% artıb

14:02 - 14.05.2024


14 may, Fineko/abc.az. 2024-cü ilin yanvar – aprel aylarında Naxçıvan Muxtar Respublikasında 2.161 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

ABC.AZ xəbər verir ki, bunların 2.049-u fiziki, 112-si hüquqi şəxslər və digər təşkilatlar olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 11.5 faiz artıb.

Cari ilin birinci 4 ayında kommersiya qurumlarının 72 faizi elektron qaydada, 28 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.