11:52 - 14.05.2024
14 may, Fineko/abc.az. Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) 2024-cü il üzrə Azərbaycan üzrə inflyasiya proqnozunu kəskin azaldıb.
ABC.AZ xəbər verir ki, bu barədə “ING Group”u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiya proqnozunu 3.1%-dən 1.6%-ə endirib.
Bu isə korporasiyanın aprel proqnozu ilə müqayisədə 1.5% bəndi azdır. ING 2025-ci ildə inflyasiya proqnozunu 3.8%, 2026-cı il üzrə isə 4.2% müəyyən edib.
Proqnozlara əsasən, 2024-cü ilin ikinci rübündə Azərbaycanda orta illik inflyasiya 0.1%, üçüncü rübündə 1.3%, dördüncü rübündə isə 2.6% səviyyəsində gözlənilir.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5.3%, 2025-ci ildə 4.9% olacağını proqnozlaşdırıb. Dövlət Statistika Komitəsi isə bu ilin yanvar-aprel ayları üzrə inflyasiyanın 0.7% olduğunu açıqlayıb. (APA)
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026