14:30 - 13.05.2024
13 may, Fineko/abc.az. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-aprel aylarında 21,1 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,2 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 8,7 faiz artıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 64,6 faizi mədənçıxarma sektorunda, 29,3 faizi emal sektorunda, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026