Azərbaycanda illik inflyasiya azalıb, ya artıb?

12:27 - 13.05.2024


13 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 100,7%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,3%, qeyri-qida məhsulları üzrə 101,3%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,4% təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin aprel ayında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni ayına nisbətən 100%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,2%, qeyri-qida məhsulları üzrə 100,9%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102% olub.

Bu ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9% təşkil edib. Qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6%.

Cari ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox ucuzlaşma manna və qarabaşaq yarmalarının, makaronun, təzə balığın, südün, yumurtanın, marqarinin, günəbaxan və qarğıdalı yağlarının, qozun, fındığın, pomidorun, xiyarın, göyərtinin, badımcanın, kartofun, bahalaşma isə əsasən limonun, bananın, almanın, armudun, kivinin, şabalıdın, ağ kələmin, şirin bibərin, süfrə çuğundurunun, sarımsağın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.