Azərbaycanın sənaye zonalarında indiyədək 12.74 milyard manat dəyərində məhsul satılıb

14:49 - 8.05.2024


8 may, Fineko/abc.az. Azərbaycanda 2024-cü ilin birinci rübündə sənaye zonaları tərəfindən 640.3 milyon manat dəyərində məhsul satışı həyata keçirilib, bunun da 223.6 milyon manatı ixracın payına düşür.

ABC.AZ İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir ki, bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 14.6%, ixracında isə 28.2% təşkil edib.

2015-ci ildən 2024-cü ilin I rübünün sonunadək sənaye zonalarında 12.74 milyard manat dəyərində məhsul satılıb ki, bunun da 4.1 milyard manatlıq hissəsi ixrac edilib.