Valyuta hərracında bankların tələbi 2,2% artıb

12:44 - 7.05.2024


7 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, mayın 7-də keçirilən valyuta hərracında bankların tələbi 75,1 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, keçmiş hərracdan 1,6 milyon dollar (2,2%) çoxdur.

Mayın 2-də keçirilən valyuta hərracında AMB banklara 73,5 milyon dollar satıb.

Hərracın yekunlarına əsasən manatın orta çəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.