11:37 - 7.05.2024
7 may, Fineko/abc.az. “Sumqayıt Aşqarlar” ASC 2023-cü ili 155 min manat zərərlə başa vurub.
2022-ci ildə şirkətin zərəri 209 min manat olub ki, bu da illik müqayisədə 26% azalıb.
ABC.AZ ASC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, hesabat dövründə şirkətin cəmi aktivləri 6 milyon 996 min manatdan 6 milyon 914 min manata düşüb, cəmi öhdəlikləri 7 milyon 378 min manatdan 7 milyon 451 min manata çatıb.
Qeyd edək ki, Sumqayıtda aşqar istehsal edən qurğu 1960-cı ildə ilk məhsulunu verib, 1966-cı ildə həmin qurğu əsasında müstəqil “Sumqayıt Aşqarlar” zavodu yaradılıb. Zavodun hüquqi varisi olan “Sumqayıt-Aşqarlar” ASC isə 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 596 004 manatdır. Qanuni təmsilçisi Rasim Dadaşevdir.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026