"Bank of Baku"da bu xərclər artıb

14:32 - 3.05.2024


3 may, Fineko/abc.az. Cari ilin ilk rübündə "Bank of Baku"nın əmək haqqı xərcləri 33 milyon 131 min manata bərabər olub.

ABC.AZ bankın rüblük hesabatına istinadən xəbər verir ki, bankın əmək haqqı xərclərində 4 milyon 64 min manat (14%) artım qeydə alınıb.

2023-ci ilin ilk rübündə bu göstərici 29 milyon 67 min manat təşkil edib.