Banklar orta sahibkarlıq subyektlərinə kteditləri azaldıb

10:28 - 3.05.2024


3 may, Fineko/abc.az. Azərbaycanda kiçik və orta bizneslərə (KOB) verilən kreditlərin həcmi son iki rübdə azalma dinamikası ilə davam edir.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, kommersiya bankları orta biznesə verdiyi kreditlərin həcmi 2024-cü ilin birinci rübündə orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 433 milyon manat və ya 20% azalaraq 1 mlrd. 717 mln. manata, kiçik sahibkarlıqda isə 121 mln. manat və ya 7.65% azalmaqla  1 mlrd. 464 mln. manata düşüb.

Hər iki subyektlərə verilən kreditlər son iki rübdə azlmaqdadırlar.

Azərbaycanda 1 aprel 2024-cü il tarixinə 13 mlrd. 201.5 mln. manat biznes krediti var.

Bu ilin əvvəli ilə müqayisədə 584.75 mln. manat və ya 5% artımdır.