12:02 - 2.05.2024
2 may, Fineko/abc.az. “AnTuTu” smartfonların performansını ölçmək üçün istifadə edilən proqram kimi tanınır. Bu, cihazın prosessor gücü, qrafik performansı, yaddaş istifadəsi, yaddaş sürəti kimi müxtəlif sahələrdə testlər həyata keçirir. Bütün bu testlərdən əldə edilən məlumatlar ilə ən güclü Android cihazları müəyyən edilir.
ABC.AZ xəbər verir ki, “AnTuTu”nun paylaşdığı siyahıya “Asus ROG Phone 8 Pro” modeli başçılıq edir.
Bütün testlərdə 2 milyon 120 min 210 bal toplayan telefonu 2 milyon 90 min 252 balla “iQOO 12” izləyir.
Üçüncü yerdə 2 milyon 80 min 678 balla “Red Magic 9 Pro+” qərarlaşıb.
1 Asus ROG Phone 8 Pro 2 milyon 120 min 210
2 iQOO 12 2 milyon 90 min 252
3 Red Magic 9 Pro+ 2 milyon 80 min 678
4 vivo X Fold3 Pro 2 milyon 70 min 888
5 vivo X100 Pro 2 milyon 55 min 987
6 iQOO 12 Pro 2 milyon 43 min 315
7 iQOO Neo9 Pro 2 milyon 41 min 988
8 OPPO Find X7 Ultra 2 milyon 25 min 133
9 vivo X100 2 milyon 24 min 672
10 OnePlus 12 2 milyon 16 min 227
18 Avqust 2026