Zəngilanın kəndində qeyri-yaşayış obyektlərin tikintisinə 31 milyon manat xərclənəcək

16:58 - 1.05.2024


1 may, Fineko/abc.az. “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs Hünər-İnşaat Firması ilə 31 milyon manatlıq müqavilə bağlayıb.

ABC.AZ xəbər verir ki, müqavilədə Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsində Qeyri-yaşayış obyektlərinin tikintisi işlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 30 822 706 AZN təşkil edir.