11:42 - 1.05.2024
1 may, Fineko/abc.az. 2024-cü ilin sonu üzrə Azərbaycanda iqtisadi artım 3,5-4% təşkil edəcək.
ABC.AZ-ın məlumatına görə, bunu ənənəvi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
Baş Bankir qeyri-neft ÜDM-i isə bu il 5,5% artacağını proqnozlaşdırdıqlarını bildirib.
“2025-ci il üzrə ÜDM-in 3%, qeyri-neft ÜDM-i isə 5-6% proqnozlaşdırılıb”- Mərkəzi Bank sədri əlavə edib.
Müəllif: Elmir Murad