15:15 - 24.04.2024
24 aprel, Fineko/abc.az. Azərbaycan ilə Qırğızıstan arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş imzalanıb.
ABC.AZ xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qırğızıstanın iqtisadiyyat və kommersiya naziri Daniyar Amangeldiyev imzalayıb.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilib.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026