11:18 - 24.04.2024
24 aprel, Fineko/abc.az. JPMorgan Chase-in baş direktoru Ceymi Daymon, Amerika iqtisadiyyatının güclü qaldığını, lakin "stagflyasiya" dövrünə daxil ola biləcəyini deyib.
ABC.AZ xəbər verir ki, Nyu-York iqtisadi klubunda Daymon, yüksək inflyasiya və işsizlik, habelə iqtisadi artımın yavaşlaması ilə xarakterizə olunan iqtisadi vəziyyət olan "stagflyasiyaya" diqqət yetirməyə çağırıb. Bu narahatlığa baxmayaraq, o deyib ki, Amerika iqtisadiyyatı çiçəklənməyə davam edir.
Bank rəhbəri həmçinin bildirib ki, hazırkı geosiyasi vəziyyət, ehtimal ki, İkinci Dünya Müharibəsindən etibarəndən "ən çətin və təhlükəli" vəziyyətdir.