16:09 - 23.04.2024
23 aprel, Fineko/abc.az. 2024-cü ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1972,6 milyon manat məbləğində xərclər nəzərdə tutulub.
ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, cari ilin yanvar-mart aylarında dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 66,6 milyon manatın (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 1021,4 milyon manatın (əsas borc üzrə 850,0 milyon manat, faiz borcu üzrə 171,4 milyon manat, bank xidmətləri haqqının ödənilməsi 0,01 milyon manat), cəmi 1 milyrad 088,0 milyon manatın ödənilməsi təmin edilib.
Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2024-cü il 1 aprel tarixinə xarici dövlət borcu 5 milyard 507,3 milyon ABŞ dolları ekvivalentinə bərabər olub.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026