15:08 - 9.04.2024
9 aprel, Fineko/abc.az. 2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi 2023-cü ilin mart ayına nisbətən 100.4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98.9 faiz, qeyri-qida məhsulları üzrə 101.1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102.2 faiz təşkil edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.2 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101.0 faiz təşkil etmişdi.
21 Avqust 2026
21 Avqust 2026